COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi çox ehtiyac duyulan təşəbbüsdür

10:06 28-07-2020 | icon 2482
COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi çox ehtiyac duyulan təşəbbüsdür

Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi
sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun
müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar
təhlükələr yaratdığı üçün qlobal baxışa böyük ehtiyac vardır.
Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində
BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik
Şurasının rolu görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik
əzəzinə geosiyasi rəqabət və özünü təcridə kökləniblər.
BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə
də onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ
mətnlərlə yekunlaşdı.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi
təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas
Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə
həsr olunmuş “COVİD-19-a qarşı birləşməliyik” mövzusunda Zirvə
görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və
etimadın nəticəsidir. COVİD-19 pandemiyasının yayılmağa başladığı
vaxtdan bu günə kimi beynəlxalq müstəvidə bu formatda və miqyasda
konfranslar, birgə müzakirələr keçirilməyib. Sammitdə dövlətimizin
Başçısı qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının
üzvü olan ölkələr olaraq Baş Assambleyanın COVİD-19
pandemiyasına həsr olunmuş dövlət və hökümət başçıları
səviyyəsində videkonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi
təklifi ilə çıxış etdi və BMT baş katibi Antonio Quterreşə xüsusi
sesiyanın keçirilməsi təklifi ilə müraciət ünvanladı.
Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən
müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri
barədə Baş katibin ofisini məlumatlandırmışlar.
Prezident cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, dövlət
siyasətində Azərbaycan vətəndaşının mənafeyi öndə durur.
Vətəndaşların etibarlı müdafiəsi qlobal təhlükədən minimum itkilərlə
çıxmaq üçün səmərəli tədbirlər həyata keçirilir. Prezident
cənab İlham Əliyevin koronavirusla mübarizədə gördüyü işlər ölkə
ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə Azərbaycan dövlətinin
həyata keçirdiyi qabaqlayıcı tədbirləri yüksək dəyərləndirib.
Azərbaycanı dünyaya nümunəvi ölkə kimi təqdim edib.
Azərbayan beynəlxalq miqyasda pandemiya ilə mübarizəyə öz
töhfəsini verir. Prezident cənab İlham Əliyevin tşəbbüsü ilə
Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda
Zirvə görüşünün keçirilməsi də buna sübutdur. Avropa ittifaqı isə ilk
dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə
qoşulub. Bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı.

Dünya ölkələrinin tam əksəriyəti bu tədbiri dəstəklədiyi halda bu
gün dünyadan yardım diləyən Ermənistan, Azərbaycan Prezidentinin
BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı
qlobal təşəbbüsünə qarşı çıxır. Bu, bir daha Ermənistanın əsl
mahiyyətini ortaya qoymuş olur. Bütün dünya ölkələri koronavirusla
bağlı həmrəylik nümayiş etdirir. Dünya ölkələri bəyan edir ki, bu, çox
vacib və vaxtında irəli sürülmüş bir təşəbbüsdür. Lakin Ermənistan
tərəfi bu təşəbbüsə qarşı çıxmaqla əsl mahiyyətini ortaya qoydu.
Təşəbbüsü dəstəkləyən dövlətlər tərəfindən bu məsələ ilə
əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda
Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının
keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac
duyulan təşəbbüs olduğu vurğulanır.
Bu mübarizənin ən başlıca əhəmiyyəti ondan ibarətdir ki, bu
təkcə Azərbaycanı bu bəladan hifz etmir. Bu təşəbbüs qlobal
səviyyədə pandemiyaya qarşı mübarizə prosesinə çox böyük töhfə
verir. Pandemiyaya qarşı iqtisadi səylərin birləşərək göstərilməsi daha
çox əziyyət çəkən, köməyə ehtiyacı olan ölkələrə dəstək
göstərilməsinə imkan yaradır. Tibbi səylərin birləşdirilməsini özündə
ehtiva edir. Bu çağrışın əsas fəlsəfəsi odur ki, gəlin birlikdə bu
gözəgörünməz düşmənə qarşı mübarizə aparaq. ”Biz birlikdə
güclüyük”–deyən cənab Prezidentin bu çağrışı qlobal miqyasda böyük
əhəmiyyət və məna kəsb etməklə indiki halda səylərin birləşdirilməsi,
birgə addımların atılması, təcrübə mübadiləsinin aparılması bu bəlanın
neytrallaşdırımasında önəmlidir. Bu mənada koronavirus pandemiyası
bəşəri təhlükə olduğu üçün qlobal cavab tələb edir və bu cavabın
verilməsində Azərbaycanın təşəbbüsünün əhəmiyyətini dünya qəbul
edir.
Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı
ölkələrinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti
tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə
Qoşulmama Hərəkatı ölkələrinin deyil, BMT-yə üzv olan bütün
ölkələrin ümumi məsələsinə çevrilmişdir.
Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin
tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə
qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir.
COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki,
dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya
parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası
çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı
bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və
həll yollarının tapılmasına böyük ehtiyac və tələbat vardır.


Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri: Lütvəli Şıxəliyev


Digər xəbərlər

0.27884793281555