Ordumuz qürurumuzdur!

14:57 28-07-2020 | icon 3111
Ordumuz qürurumuzdur!

Son günlər erməni vandallarının təxribatı nəticəsində cəbhə xəttində vəziyyyət
gərginləşmişdir. Ordumuz cavab zərbələri edirərək düşmənin xeyli sayda texnikasını,
hərbi bazasını, canlı qüvvələrini məhv etmişdir. Düşmənə layiqli cavab verən Silahlı
Qüvvələrimiz də təəssüf ki, itkilərə məruz qalmışdır. Lakin onların qisası yerdə
qalmayıb. Şanlı hərbiçilərimizin ölümünə bais olanlar həmişə olduğu kimi layiqli
cəzalarını alıblar. Allah şəhidlərimizə rəhmət etsin!
Erməni vandalları birinci dəfə deyilki öz daxili problemlərinin həlli yolunu tapa
bilməyən kimi başqa yollara əl atırlar. Xalqın hökümətin istefasını tələb etməsi ilə
hərəkətə keçən qondarma hökümət onların fikirlərini cəbhə xəttində gərginlik
yaratmaqla yayındırmağa cəhd göstərirlər. Hər zaman kimlərinsə havadarlığı ilə
hərəkət edən erməni lobbiçiləri, bu gün də bəzi ermənipərəst qüvvələrə arxalanırlar.
Lakin biz hər zaman güclü orduya malik dövlət olaraq, yumruq kimi bir olan xalq
olaraq düşmənlərə yerindəcə cavab vermişik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəbhə xəttində
gərginlik nəticəsidə şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı vermiş,
əsgərlərimizə dəstək olmaq üçün ayağa qalxan gənclərimizə könüllü olaraq ordu
sıralarına yazılmalarını tövsiyə etmiş, lazım gəldiyi təqdirdə ordu sıralarına
çağırılacaqlarını bildirmişdir.
Ulu öndər Heydər Əliyev gənclər qarşısında çıxışı zamanı hər zaman
Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasını onların qarşısına bir
vəzifə kimi qoymuşdur. Bu şərəfli və məsuliyyətli vəzifənin daşıyıcıları olan
gənclərimizdə hər zaman vətənin çətin günlərində onun müdafiəsinə qalxmışdır. İstər
2016-cı ilin aprel döyüşlərində, istərsə də son günlərdə cəbhə xəttində gənc
əsgərlərimizin, hərbi qulluqçularımızın göstərdiyi rəşadət göz önündədir və dünyaya
nümunədir.
Ölkə başçısı da hər zaman hərbi sahəyə diqqət və qayğı göstərərək, tez-tez
hərbi hissələrə baş çəkir, əsgərlərin vəziyyəti, ordunun hərbi texniki bazası ilə
maraqlanır. Ali Baş komandan Ağdamda N saylı Hərbi hissələrdən birində əsgərlərlə
görüş zamanı onlara bildirmişdir ki, “sizin gələcək fəaliyyətiniz uğurlu olacaq. Bizim
işimiz haqq işidir. Biz öz torpağımızda yaşayırıq. Bura Azərbyacan torpağıdır. Burdan
bir neçə kilometr aralıda yerləşən Ağdam şəhəri də Azərbaycan torpağıdır.
Xankəndidə, Şuşa da digər işğal edilmiş torpaqlar da. Biz o torpaqlara qaydacağıq,
biz bu fikirlə yaşayırıq və yaşayacağıq. Münaqişə öz həllini tapmayana qədər daim öz
prinsipial mövqeyimizi nümayiş etdirəcəyik və təmas xəttində üstünlük daima bizdə
olacaqdır. Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlıqları heç
vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.”

Reyhan Ocaqova - Saatlı İH Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Saatlı rayon təşkilatının Qadınlar Şurasının sədri


Digər xəbərlər

0.2839150428772