Vəndamda Polad Həşimovun xatirəsi əbədiləşdirildi - Foto
Cəbhənin Tovuz rayonu istiqamətindəki qanlı döyüşlərdə qəhrəmancasına şəhid olan (iyulun 14-də) general-mayor Polad Həşimovun valideynlərinin dogma kəndində posteri asılıb...
Bu barədə Modern.az-a Qəbələ rayonunun Vəndam kəndinin sakinləri məlumat veriblər. Qeyd edək ki, Polad Həşimov əslən bu kənddəndir.
Sakinlər bildiriblər ki, kənddə asılmış nəhəng poster onlara fəxarət hissi yaşadır.
Əslən Qəbələnin Vəndam kəndindən olan general-mayor Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Sumqayıtda doğulub. Orta məktəbi də elə həmin şəhərdə bitirib. Ali hərbi məktəbi Azərbaycanda, hərbi akademiyanı isə Türkiyədə oxuyub.
2003-cü ildə "Hərbi xidmətlərə görə " medalı ilə təltif edilib. 2009-cu ildə isə "Vətən uğrunda" medalına layiq görülüb. 2014-cü ildə III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2016-cı ildə "Aprel döyüşləri" zamanı göstərdiyi qəhrəmanlığa görə, II dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
2019-cu ilin 24 iyununda Polad Həşimova general-mayor rütbəsi verilib. İki oğlu və bir qızı var.
-
Sabah hava buludlu olacaq, yağış yağacaq
...
-
Belarus Prezidentinin dövlət səfəri əlaqələrimizə böyük təkan verəcək
...
-
Qarabağ çağırır
...
-
Birgə səylər bəhrə verəcək
...
-
Heydər Əliyev siyasətinin uğurlu davamı
...
-
Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi
...
-
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
...
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...