“Muxtar” ləqəbli şəxs ekstradisiya edildi - DTX
Xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək onlara radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə ölkə hüdudlarından kənarda hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki münaqişə ocaqlarında hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
Araşdırmalar nəticəsində, Azərbaycan vətəndaşı Şükürov Mehdi Əflatun oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı ilə əlaqədar təlim almasına, “Muxtar” ləqəbi ilə ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.
Mehdi Şükürovun Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş, o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılmış və 2020-ci il iyulun 28-də Azərbaycan Respublikasına ekstradisiya olunub.
Hazırda cinayət işi üzrə araşdırma davam edir.
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...
-
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
...
-
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
...
-
DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab
...
-
DTX xüsusi əməliyyat keçirdi - Video
...
-
Sumqayıtda arvad ərini öldürüb təslim oldu
...
-
Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
...
-
Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb
...
-
Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı
...