Poçtdan pul oğurlamışdı, tutuldu - Foto

02:03 04-08-2020 | icon 3129
Poçtdan pul oğurlamışdı, tutuldu - Foto

Xızı poçtundan oğurluq edən şəxs tutulub. Avqustun 2-də “Azərpoçt” MMC-nin Xızı poçt filialının Giləzi poçt şöbəsinin binasına qanunsuz daxil olaraq orada olan seyfdən 1063 manat pul oğurlamış qəsəbə sakini Pərviz Ağazadə saxlanılıb.

İlkin dindirilmə zamanı həmin şəxs oğurluq hadisəsini gecə saatlarında törətdiyini etiraf edib.

 

P. Ağazadənin ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməlinin üstü də açılıb. Belə ki, həmin şəxsin cari ilin iyul ayının 17-də Gizəzi qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etdiyi sübuta yetirilib.

 



Digər xəbərlər

0.25765705108643