“Yürüş olmasaydı, yoluxma daha da aşağı olardı” - Hikmət Hacıyev + Video
“Geniş ictimaiyyətdə müzakirə olunan məsələlərdən biri – 14 iyulda Qarabağın azadlığı ilə əlaqədar vətəndaşlarımızın həmrəylik mövzusu idi. Həqiqətən də, hər bir vətəndaşımızın qürur duyduğu bir məqam idi. Bütün beynəlxalq ictimaiyyət də gördü ki, Azərbaycan cəmiyyətində Qarabağ məsələsində vahid bir mövqe var. Hər bir Azərbaycan vətəndaşı dövlətlə birlikdə həmrəydir, Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və işğaldan azad olunmalıdır. Bu, hər birimizi sevindirdi".
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib:
"Amma biz burada ictimai toplanma da gördük. Sual olunur ki, bu, epidemioloji vəziyyətə nə dərəcədə təsir etdi? Cavab birmənalıdır. Epidemiloqolar tərəfindən də aidiyyəti araşdırmalar aparılmışdı. Əgər həmin toplanma olmadığı təqdirdə, bugünkü rəqəmlərimiz bəlkə də və əminliklə deyə bilərik ki, daha da aşağı bir şəkildə ola bilərdi.
Orada bəzi provokasiya addımları da oldu - Milli Məclisin ərazisinə qeyri-qanuni giriş. Bu, tamamilə başqa bir mövzunun müzakirəsidir. Amma burada COVID daşıyıcısı insanların da sərbəst hərəkəti kimi elementlər vardı”.
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...