DİN rayonlara getməyin qaydalarını açıqladı
Daxili İşlər Nazirliyi avqustun 5-dən SMS-icazə və portalda icazə sisteminin ləğvindən sonra Bakıdan rayonlara gediş-gəlişin hansı qaydada həyata keçiriləcəyini açıqlayıb.
Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək: “Xüsusi polis postları bu 3 şəhərin giriş-çıxışda fəaliyyət göstərəcək. Digər rayon və şəhərlərə gediş-gəliş məhdud olaraq saxlanılır. İcazə sistemi ləğv edildikdən sonra xidməti vəsiqə ilə rayonlara gedişə icazə verilməyəcək. Yalnız dövlət qurumunun və ya özəl müəssisənin rəhbərliyinin verdiyi ezamiyyə vərəqələri əsasında vətəndaşlar rayonlara buraxılacaq. Lakin ezamiyyə vərəqələri ilə də bağlı polis postlarında ciddi araşdırma aparıldıqdan sonra təsdiqini taparsa, icazə verilə bilər. Çünki xidməti fəaliyyətimizdə rast gəlmişik ki, bəzi şirkətlər onlara verilmiş səlahiyyətlərdən sui-istifadə ediblər”.
E.Zahidov əlavə edib ki, Bakıda və digər xüsusi karantin rejimi tətbiq edilmiş şəhər və rayonlarda mobil polis postları fəaliyyətlərini davam etdirirlər: “Həmin əməkdaşlar avqustun 5-dən artıq icazələri yoxlamasalar da, karantin rejiminin digər tələblərinin yerinə yetirilməsinə nəzarət edəcəklər”.
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...