Azərbaycanda general vəfat etdi

12:05 09-08-2020 | icon 3098
Azərbaycanda general vəfat etdi

Azərbaycan Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan general-leytenant Çingiz Məmmədov dünyasını dəyişib.

Bu barədə hərbi jurnalist Rəşad Süleymanov feysbuk hesabında məlumat verib.

Qeyd edək ki, Çingiz Məmmədov sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışıb. O, 2015-ci ildə ölkə başçısının sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılaraq Silahlı Qüvvələrdən ehtiyata göndərilib.

Allah rəhmət eləsin!


Digər xəbərlər

0.31245708465576