Neftçalada 300 ailəyə ərzaq yardımı paylanıldı - Fotolar
Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində Prezident İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir. Xüsusilə də aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.
Neftçala Rayon İcra Hakimiyyəti və “Paşa Holding” MMC-nin birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün sovqat aksiyası təşkil edilib. Könüllülərin dəstəyi ilə həyata keçirilən sosial aksiya Neftçala rayonunun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrini əhatə edib.
Aksiya iştirakçıları gündəlik ərzaq məhsullarından ibarət 300 ədəd sovqat bağlamanı yaşı 65-dən yuxarı tənha yaşayan ahıllara, fiziki məhdudiyyətli şəxslərə və sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə çatdırıblar.
Ərzaq paylarını qəbul edən Neftçala rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən növbəti aksiyanı vətəndaşlar razılıqla qarşılayıb və təşkilatçılara öz minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi bəxş etmək baxımından əhəmiyyətlidir.
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...