Prezident yol təmirinə pul ayırdı
Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir:
- Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 4,6 milyon (dörd milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
-
“WhatsApp”ın dizaynı dəyişdi
...
-
“Bolt” qiymətləri qaldırdı
...
-
Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO
...
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...