"Bizim heç vaxt belə məsələlərdə problemimiz ola bilməz" - “Hafka”dan açıqlama
“Hafka” ləqəbli tanınmış iş adamı Hafiz Məmmədov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) Nürəddin Mustafayevlə adının hallanmasına münasibət bildirib.
H. Məmmədov açıqlamasında İsmayıl Kəngərlinin onun vəkili olduğunu təsdiqləyib və daha sonra yayılan məlumatlara aydınlıq gətirib.
“Guya yazırlar ki, tələbkar olduğum qətnamənin icrası ilə bağlı generala 100 min manat pul vermişəm. Həqiqətən, mən bu məsələlərdən məlumatsızam. Bizim heç vaxt belə məsələlərdə problemimiz ola bilməz. Bizim kiminlə problemimiz var ki? İsmayıl Kəngərli özü də bu məsələ ilə bağlı aydınlıq gətirib”, - deyə o, bildirib.
Hafiz Məmmədov general Nürəddin Mustafayevlə şəxsi münasibətlərinin olub-olmamasından da danışıb: “Şəxsi tanışlığım yoxdur. Onun harada işlədiyini bilirdim, kim olduğunu yaxşı tanıyıram”.(MediaPost)
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...