“Karantində verilən qərarların icrasına DİN nəzarət edir”
Son günlər qadağan olunmasına baxmayaraq ölkədə toy və nişan mərasimlərinin keçirildiyini təsdiq edən foto və videolar yayımlanır.
Operativ Qərargahın avqustun 3-də verilən açıqlamasında qeyd olunurdu ki, 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər sırasında kütləvi tədbirlər də var. Eyni zamanda, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimləri, toy məclislərinin təşkili qadağandır. Həmçinin, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərə də icazə verilmir.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin karantinlə bağlı verdiyi qərarların icrasına nəzarət Daxili İşlər Nazirliyinin səlahiyyətindədir: "Toy, nişan və ad günü mərasimləri ilə bağlı qərar saytımızdadır. Bu məsələ ilə bağlı siz Daxili İşlər Nazirliyinə müraciət edin".
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...