“Bavariya” Çempionlar Liqasının qalibi oldu - Video+Fotolar

02:25 24-08-2020 | icon 6246
“Bavariya” Çempionlar Liqasının qalibi oldu - Video+Fotolar

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) final matçı keçirilib.

Portuqaliyanın paytaxtı Lissabonda baş tutan görüşdə Fransanın PSJ komandası ilə Almaniya “Bavariya”sı üz-üzə gəlib.

İtaliyalı Daniele Orsatonun idarəyə etdiyi matç “Estadio da Luş” stadionunda keçirilib.

 

Minimal hesabla üstün olan Münhen təmsilçisi turnirin qalibi olub. Daha öncə 5 dəfə Çempionlar Liqasının qalibi olmuş “Bavariya” isə son olaraq 2013-cü ildə bu titulu əldə etmişdi. Münhen klubu 6-cı dəfə də istəyini gerçəkləşdirməklə İngiltərə “Liverpul”u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olub.

UEFA Çempionlar Liqası
Final
23 avqust

PSJ (Fransa) – “Bavariya” (Almaniya) 0:1
Qol: Koman, 59.
Lissabon. “Estadio da Luş” stadionu.

 






Digər xəbərlər

0.29342889785767