Onlar da YAP-ın rəhbərliyindən uzaqlaşdırılacaq - SİYAHI
Bu gün səhər saatlarından etibarən “Yeni Azərbaycan” Partiyasının növbədənkənar qurultay keçirmək niyyətində olduğu barədə məlumat yayılıb. Amma toplantının gündəliyi açıqlanmayıb. Partiyada isə növbədənkənar foruma hazırlıqla bağlı məlumatı təsdiq etməyiblər.
Qeyri-rəsmi məlumata görə, hakimiyyət artıq hesab olunan kadrları təmizləmək və rəhbər heyətə gənc kadrlar gətirmək qərarına gəlib. Turan bildirir ki, Partiyanın İdarə Heyətində və Siyasi Şurasında müxtəlif səbəblərdən vəzifədən azad edilmiş çox sayda keçmiş dövlət məmuru, deputat və nazir var. Onlar Hüseynqulu Bağırov, Misir Mərdanov, Əli Abbasov, Əli Həsənov, İsmət Abbasov, dövlət məmurları Əli Həsənov, Tağı Əhmədov, Fatma Abdullazadə, Hacıbala Abutalıbov, Elnur Aslanov, Nizami Xudiyev, Novruz Məmmədov, Arif Rəhimzadə, Dilarə Seyidzadədir.
Bəzi müşahidəçilərin fikrincə, Ramiz Mehdiyevlə bağlı qalmaqaldan sonra yuxarıda adı çəkilənlərin əksəriyyəti partiyanın rəhbər heyətindən çıxarılacaq.
YAP-dakı məlumatlı mənbənin sözlərinə görə, Ramiz Mehdiyevin nəvəsinin toyunda çəkilmiş video “diqqətlə tədqiq edilir” və karantini pozanların hamısı cəzalandırılacaq.
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...