Mehriban Əliyevadan təşəkkür

12:52 27-08-2020 | icon 2491
Mehriban Əliyevadan təşəkkür

Birinci vitse-prezident Mehriban Əliyeva doğum günü münasibətilə ona ünvanlanan təbriklərə görə təşəkkür edib.

Bununla bağlı Azərbaycanın birinci xanımı sosial şəbəkədə paylaşım edib:

 

"Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!"


Digər xəbərlər

0.29419803619385