Qızına toy edən vəzifəli şəxs “Bakcell”də işləyir - Video
Daxili İşlər Nazirliyi Bakıda daha bir vəzifəli şəxsin toy məclisinə görə bir neçə şəxsi cərimələyib. Onun mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsi olduğu qeyd olunub.
“Qafqazinfo” övladına toy edən həmin şəxsin kimliyini öyrənib. Belə ki, toyun yiyəsi "Bakcell"in pərakəndə satış şöbəsində işləyən Vəfa Abdullayeva olub. O, qızı Növrəstə Muradlıya toy edib.
Toy məclisinin sifarişçisi V. Abdullayeva və əri hər biri 400 manat cərimə olunub.
Restoranın sahibi isə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub. 2 nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub. Toyda iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar.
Qeyd edək ki, avqustun 31-dək ölkədə xüsusi karantin rejimi hökm sürür və kütləvi tədbirlərin, toy-nişan mərasimlərinin keçirilməsi qadağandır.
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Aprelin son günü 32° isti olacaq
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...