İcra başçısı rayonda görülən işlərə baxış keçirdi - Foto

18:57 28-08-2020 | icon 2403
İcra başçısı rayonda görülən işlərə baxış keçirdi - Foto

Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə Neftçala rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində imzalanan sərəncamın icrasının davamı olaraq görülən işlərə Neftçala RİH başçısı Mirhəsən Seyidov və “Azərsu” ASC-nin müavini Etibar Məmmədov yerində baxış keçirib.

Layihənin icraçıları bildirib ki, Neftçala şəhərinin və ətraf yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan layihə çərçivəsində, Salyan rayonu ərazisində olan su tutumu 7500 m3 olan su anbarının tikintisi davam edir. Neftçala şəhərinə çəkilən su xətti layihəsinin tikintisi nəticəsində əsasən çoxmənzilli binaların və fərdi yaşayış evlərində yaşayan 40 000 nəfərə yaxın şəhər sakininin içməli su xətti təchizatı və sayğaclaşdırılması, paralel olaraq Neftçala şəhərinin kanalizasiya sisteminin yenidən qurulması həyata keçiriləcək.

 

Neftçala rayonu ərazisində çəkilən 44 km-lik yeni su xəttinin 29 km-lik hissəsində işlərin yekunlaşdığı bildirilib. Su xəttinin qalan 15 km-lik hissəsində çəkilişin daha sürətli, daha tez başa çatması üçün əlavə canlı qüvvə və texnika cəlb olunub.

 



Digər xəbərlər

0.28743696212769