“Qarabağ” “Molde” ilə oynayacaq

16:29 31-08-2020 | icon 2686
“Qarabağ” “Molde” ilə oynayacaq

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Püşkatmada Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Qurban Qurbanovun komandası səpələnmişlər sırasında yer alacaq.

Təmsilçimizin Potensial rəqiblər isə Norveçin “Mölde”, Danimarkanın «Midtüllann”, Macarıstanın “Ferentsvaroş”, Kiprin “Omoniya” və Belarusun “Dinamo” (Brest) komandalarıdır.

Oyunlar sentyabrın 15-16-da püşk nəticəsində adı birinci göstərilən klubların meydanında olacaq.

***

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveçin  "Molde" klubu ilə qarşılaşacaq. Ağdam klubu bu matçı da evdə keçirəcək.


Digər xəbərlər

0.27714586257935