“Nar+” tətbiqindən istifadə edənlərin sayı 300 mini ötüb
“Nar” abunəçiləri artıq bir ildir ki, hesabı daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqindən yararlanırlar. Müştəri xidmətlərinin bir çox funksiyasını özündə daşıyan bu tətbiq, abunəçilər üçün şəffaf müştəri təcrübəsinin ayrılmaz bir hissəsidir. Belə ki, tətbiqin yüklənmə sayı son 6 ayda 150% artaraq 300 mini ötüb.
“Nar+” tətbiqi vasitəsilə abunəçilər bir neçə saniyə ərzində yeni internet paketi sifariş edə, tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, bonuslarını yoxlaya və yeniləyə bilirlər. Statistikaya əsasən, abunəçilərin “Nar+” tətbiqində ən çox müraciət etdiyi funksiyalar, balans və bonusların yoxlanması ilə yanaşı, internet paketlərinin sifarişi, yeni tarifin aktivizasiyası və ya dəyişdirilməsidir.
Tətbiqdən ən çox istifadə edənlər isə (61%) Bakı sakinləridir, 2-ci yerdə Sumqayıtda yaşayan abunəçilər, növbəti yerlərdə isə Gəncə və Quba, Qusar, Xaçmaz bölgələrinin sakinləri dayanır. Qeyd edək ki, istifadəçilər tətbiq vasitəsilə sərfiyyat haqqında izahlı qaimə əldə edə, rominq xidmətlərini idarə edə, eyni zamanda canlı çatla suallarına cavab ala bilərlər. “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...
-
Sabahdan Sumqayıtdan Bakıya “ekspres” qatarlar işləyəcək
...