Marketdən “Badamlı” aldı, içindən spirt çıxdı - Foto
Müştəri Bakıda fəaliyyət göstərən "Al Market"dən üzərində "Badamlı" etiketi olan qazsız su alsa da, içəndə onun spirt olduğunun fərqinə varıb.
Bu iddia ilə Nərmin Adil adlı feysbuk istifadəçisi sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, ötən gün axşam saatlarında "Al Market"in Əhmədli filialında vitrindən "Badamlı" markalı sadə qazsız su götürüb:
"Telefonla danışa-danışa gəlib həyətimizdə açdım və başıma çəkdim. Bir saniyə sonra anladım ki, bu, su deyil, spirt kimi bir dadı var, ağzımı, boğazımı, mədəmi yandırdı. Qonşular su verdilər. Getdim marketə, dedilər ki, yanlış düşüb, firma dezinfeksiya məhlulu göndərib, onu da satıçılar yanlışlıqla su bilib vitrinə düzüblər. Durumu elə də ciddiyə almadılar. Evə gələndən 1 saat sonra artıq gözlərim iki görürdü, nəfəs darlığı başladı. Təcili tibbi yardım və polis çağırdıq. "Semaşko"nun Toksikologiya şöbəsinə gətirildim. Dünəndən vəziyyətim ağırdır, ekspertiza və qan analizi nəticəsində qanımda metil spirti aşkarlandı. Baş verənlərə görə, "Al Market" şəbəkəsi tərəfindən mənə nə bir zəng edilib, nə də üzrxahlıq bildirilib. Hazırda gözlərimdə və sinir sistemimdə bu kimyəvi məhlula görə problem yaranıb".
Məsələ ilə bağlı şikayət olunan "Al Market"in rəsmisi ilə əlaqə saxlasaq da, o, daha sonra açıqlama verəcəyini bildirib. Daha sonra telefona cavab verilməyib.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...