Qubadlıda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminin tələb və tövsiyələrinə ciddi əməl olundu - FOTOLAR

11:59 04-09-2020 | icon 3224
Qubadlıda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminin tələb və tövsiyələrinə ciddi əməl olundu - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın xalqa müraciəti və pandemiya ilə mübarizədə hamını birliyə çağırmaları nəinki ölkə daxilində, ölkə hüdudlarından kənarda da böyük rəğbətlə qarşılandı. Qardaş Türkiyənin Azərbaycanın pandemiyaya qarşı gördüyü qabaqlayıcı tədbirləri təqdir etməklə bərabər bütün dünyaya Azərbaycanın apardığı mübarizə üsulundan istifadə etməyi məsləhət gördü. 

Azərbaycanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verildi. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində qadağalar aradan qaldırıldı. 

Bütün Respublikada olduğu kimi Qubadlı icra hakimiyyətində də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin nümayəndələrindən ibarət mobil qrup yaradılmışdı. Bu qruplar daima əhali arasında olaraq onları maarifləndirmək, eyni zamanda köməyə ehtiyacı olan ahıl, xəstə insanlara yardım etmək üçün təyin olunmuşdular.

Eyni zamanda mütəmadi olaraq genişmiqyaslı dezinfeksiya işləri də aparılmışdı. Yaşayış məntəqələrində, həyətlərdə, qeyri-yaşayış obyektlərində dezinfeksiya işləri hər gün həyata keçirilirdi. 

Belə ki, rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı ərazilərdə,  Sumqayıt şəhəri 47-ci  məhəllədə (183 ailənin məskunlaşdığı) 11,12,13,14 saylı binalarda, Sumqayıt şəhər 9 mkr (201 ailənin məskunlaşdığı) 29, 30, 31 saylı binalarda və 11 mkr ərzaisində yerləşən 2 ədəd yarımçıq binalarda, Sumqayıt şəhəri 4-cü məhəllədə (201 ailənin məskunlaşdığı)  yerləşən 1 və 2 saylı, 3 ədəd yarımçıq binalarda, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində (130 ailənin məskunlaşdığı) SU-13 idarə binasında ,dəmir beton zavodunun idarə binası, Ağac Emalı Zavodunun idarə binası, Köhnə Taksi matornunun idarə binası, taksi matornunun qarajında, Sumqayıt şəhəri 12 mkr  (450 ailənin məskunlaşdığı) 1, 2, 3, 4, 5, 6 saylı binalarda sanitar-dezinfeksiya işləri həyata keçirilmişdir. Binaların, yataqxanaların girəcəkləri, pilləkən qəfəsləri  və həyətyanı sahələr təmizlənmişdir. Nəzarətə götürülmüş yaşı 65- dən yuxarı olan 297 tənha sakinlərə mütəmadi olaraq baş çəkilir və onların gündəlik tələbatları ödənilir. Hər bir sakinlə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etmək və evdə qalmaqla özlərini qorumaqla bağlı söhbətlər aparılıb.

Bir sözlə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminin tələb və tövsiyələrinə ciddi əməl olundu. 

Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə ahıl, kimsəsiz və daha çox ehtiyacı olan insanlara hər gün baş çəkilib, onlara ərzaq yardımı göstərildi.

Qeyd edək ki, İcra Hakimiyyəti başçısı Malik İsaqav 19 ildir ki, Qubadlıya rəhbərlik edir. Bu müddətdə rayonda vətəndaş məmur ünsiyyətinin normallaşmasına nail olunub.

Bütün çatışmazlıqlar müəyyən olunub və onların aradan qaldırılması yolları dəqiqləşdirilib.

Görülən bütün işlərdə və atılan addımlarda ilk öncə vətəndaşların haqlarının qorunması, onların problemlərinin dinlənilməsi və həll edilməsi üçün işlər həyata keçirilir.

 


Digər xəbərlər

0.23247385025024