Millimizdən növbəti biabırçılıq: Millətlər Liqasına məğlubiyyətlə başladı

23:17 05-09-2020 | icon 3431
Millimizdən növbəti biabırçılıq: Millətlər Liqasına məğlubiyyətlə başladı

C liqasının 1-ci qrupunda mübarizə aparacaq komandamız ilk oyunun da Lüksemburqla qarşılaşıb.

 

İtaliyalı baş məşqçi Canni de Byazi millimizin baş məşqçisi kimi debüt oyununa çıxıb.

26-cı dəqiqədə Mahir Emreli rəqib futbolçunu vurduğu üçün qırmızı vərəqə alaraq millimizi azlıqda qoyub. Birinci hissənin sonunda Ramil Şeydayevin qolu ilə önə keçsək də, ikinci hissə başlar-başlamaz Lüksemburq millisi hesabı bərabərləşdirib. 72-ci dəqiqədə penaltidən fərqlənən rəqib matçın yekun hesabın təyin edib - 1:2

Qeyd edək ki, millimiz ikinci oyununu sentyabrın 8-də səfərdə Kiprə qarşı keçirəcək.

Millətlər Liqası

 

C liqası, 1-ci qrup

 

I tur, 5 sentyabr

 

20:00. Azərbaycan – Lüksemburq - 1:2

 

Qol: Ramil Şeydayev, 43 - Anton Krivotsyuk, 48(avtoqol), Rodriges, 72(pen)

Qırmızı vərəqə: Mahir Emreli, 26

Hakimlər: Kristofer Kavanaq, Daniel Riçard Kuk, Sian Massi-Ellis, Pol Terni (hamısı İngiltərə)

Bakı Olimpiya Stadionu


Digər xəbərlər

0.21210813522339