“Bu, irqçilikdir” - “Qarabağ”dan açıqlama
Norveç hökuməti UEFA-nın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Molde”nin oyunçularına geri qayıtdıqdan sonra karantində saxlanılmaması barədə xahişini rədd edib.
“Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov açıqlamasında bu barədə danışıb. O bildirib ki, hökumətin bu qərarı irqçilikdir:
“Norveç hökumətinin bu qərarı irqçilik və bərabərlik hüququnun pozulmasıdır. Bilirsiniz ki, Avstriya yığması Millətlər Liqasının oyunu üçün Norveçə gedəndə karantində saxlanılmadır. Eləcə də Norveç yığmasının oyunçular dünən Şimali İrlandiyadan qayıdandan sonra da karantinə alınmayıb. Onlar Bunu Avropa Birliyi ölkələri üçün istisna kimi qəbul etdilər. Amma bu da haqsızlıqdır. Çünki UEFA-nın ən önəmli şüarlarından biri bərabərlikdir.
UEFA bayrağı altında olan bütün ölkələr də bərabərdir. Digər bir amil isə irqçilikdir. Norveç hökumətinin sadəcə Avropa Birliyi ölkələrinə giriş-çıxış icazə verməsini biz irqçilik və bərabərlik hüququnun pozulması kimi qəbul edirik. Artıq neçə gün keçib. Təbii ki, Norveç hökumətinin bu qərarı "Molde"nin maraqlarına xidmət edir. İnanırıq ki, UEFA sonda ədalətli qərar verəcək”.(qafqazinfo)
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...