Azərbaycan Kikboksinq Federasiyasına yeni prezident seçildi
Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin onlayn iclası keçirilib. Iclasda Əliyev Orxan Sədrəddin oğlu federasiyanın yeni prezidenti seçilib. Federasiyanın keçmiş prezidenti, Milli Məclisin vitse-spikeri Adil Əliyev isə qurumun fəxri sədri seçilib.
Adil Əliyev yeni prezidentə inandığını bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Orxan Əliyev isə ona göstərilən etimada görə, təşəkkürünü ifadə edib və bu etimadı doğruldacağına söz verib: “Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçilmək mənim üçün qürurvericidir. Amma eyni zamanda kifayət qədər ciddi və məsuliyyətli bir yükün altına girməyimin fərqindəyəm. Mənə göstərilən etimadı doğrultmağa, federasiyanı daha da irəli aparmağa çalışacağam. Azərbaycan Kiqboksinq Federasiyası ölkədə idmana töhfə verməyə davam edəcək”.
Qeyd edək ki, O.Əliyev 1981-ci il iyunun 20-də Qərbi Azərbaycanda anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Özəl sektorda uğurlu fəaliyyət göstərib. Müxtəlif beynəlxalq biznes forumları və konfranslarda Azərbaycanı təmsil edib. Beynəlxalq idman yarışlarının təşkilatçısı və sponsoru olub. Azərbaycan, İngilis, türk və rus dillərini bilir.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...