““Molde”nin ədalətsizliyi bizi məyus edir” - Tahir Gözel
“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Molde” görüşünün yeri ilə bağlı yaranan problem barədə danışıb. Klub rəsmisi Norveç təmsilçisinin ölkəsinə qayıtdığı zaman 10 gün karantində qalacağını əsas tutaraq Bakıya gəlmək istəməməsini ədalətsizlik adlandırıb.
Gözel bildirib ki, bu məsələdə “Qarabağ” haqlı tərəfdir: “Hal-hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdür. Norveç tərəfinin bəlli ədalətsizliyi bizi həqiqətən məyus edir. Bu məsələdə “Qarabağ” tərəfi sonuna qədər haqlı olsa da, UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlib. Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq. Əgər püşk bizi Norveçdə oynamağa göndərsəydi, məmnuniyyətlə bunu edərdik. Amma görünən odur ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən qaçaraq neytral meydanda oynamaq istəyir.
Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın 3-cü ölkədə keçirilməsi haqqında qərar verilsə, razılıq verəcəyik. Buna səbəb bizim futbolu yaşıl meydanda olan bir oyun kimi görməyimizdi. Mən komandama inanıram. Və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa-olsun komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm”.
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...