“Rayonlardan keçmək olmur, camaat “uşaqpulu” məsələsini qaldırır”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov bir sıra məsələlərə toxunub.
Deputat əvvəlcə 2018- ci ildə qəbul edilmiş “Reklam haqqında” qanunun işləməməsindən danışıb. O qeyd edib ki,qanun qəbul edildikdən sonra ölkədə Reklam Agentliyi yaradılıb: “Bizim hesablamalarımıza görə, reklamdan 250-300 milyon vəsait dövlət büdcəsinə daxil olmalı idi. Ancaq indiyə kimi bundan 5 dəfə az vəsait dövlət büdcəsinə daxil olub. Bu qanunun həyata keçirilməsiylə bağlı ciddi problem var. Mənə 20-dən çox ziyalı müraciət edib. Bildirirlər ki, ölkədə Azərbaycan dilindən başqa bütün dillərdə reklam var. Dövlət dili ilə bağlı məsələ həll edilmir. Təklif edirəm ki, həmin agentliklə birgə dinləmələr keçirilsin”.
Deputat banklardakı problemə də toxunub. Bildirib ki, hazırda insanlar kredit ala bilmir.
V. Əhmədov “uşaqpulu” məsələsindən də danışıb. O qeyd edib ki, bu məsələylə bağlı çoxlu müraciətlər var: “Rayonlardan keçmək mümkün deyil. Camaat “uşaqpulu” məsələsini qaldırır. Nazirliyin müəyyən arqumentləri var. Amma bizim də arqumentlərimiz var. Biz bu məsələni müzakirə edək görək, onu həll edə bilərikmi?”.
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...