7 idmançımızın medalı əlindən alındı

15:54 10-09-2020 | icon 2769
7 idmançımızın medalı əlindən alındı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən dopinqə düşmüş idmançıların medallarının əlindən alınması ilə bağlı respublika idman federasiyalarına rəsmi məktub göndərilib.  Bununla yanaşı, onların əvəzinə həmin nəticəyə avtomatik nail olmuş idmançıların yerləri bərpa edilməli və müvafiq medallar təqdim edilməlidir. 

Qadağan edilmiş maddə və ya üsullardan istifadə edən idmançıların antidopinq qayda pozuntusu törətdikləri yarışlarda əldə edilən nəticələri ləğv edilməli və rotasiya qaydasında sıralama yenidən tərtib olunmalıdır.

Qeyd edək ki, 2019-cu ildə  5 idman növü üzrə 5 yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) 7 idmançıdan  toplanmış test nümunələrinin nəticəsi müsbət çıxmış və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minmişdir.  Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla)  barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb. 

 Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb.
 Nəticələri ləğv edilən və medalları geri alınan idmançılar siyahısı. 

Həsənbəy Həsənzadə (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- I yer

Vasif Səfərov (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- II yer

Orxan Zeynalov (81 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı- II yer

Vüqar Şirinov (52 kq) 2019-cu ildə sambo üzrə Azərbaycan kuboku -I yer

Aliyə Müslümova (78 kq)2019-cu ildə keçirilmiş  cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi- II yer 

Jalə Bayramova 2019-cu ildə keçirilmiş  güllə atıcılığı üzrə Azərbaycan  çempionatı -I yer

Kamran Orucov (63 kq) 2019-cu ildə keçirilmiş  boks üzrə Azərbaycan  çempionatı –III yer


Digər xəbərlər

0.2861659526825