Həbsdə olan icra başçısı hakim önünə çıxarılır

09:42 11-09-2020 | icon 3600
Həbsdə olan icra başçısı hakim önünə çıxarılır

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxslərin həbs müddəti bitmək üzrədir.

Bu səbəbdən istintaq orqanı onlar barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması üçün məhkəməyə təqdimat verib.

Belə ki, fevralın 22-də həbs edilən başçı və işçilərinin barəsində ilk olaraq 4 aylıq həbs qətimakn tədbiri seçilmişdi, növbəti dəfə bu müddət daha 3 ay artırılıb.

Sabiq başçı İsmayıl Vəliyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun barəsindəki təqdimata Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova baxacaq.

İ.Vəliyevin birinci müavini olmuş Vurğun Əkbərov və İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyevlə bağlı məhkəməyə isə hakim İlkin Rüstəmli rəhbərlik edəcək.

Onlar rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilirlər.

 

 

Digər xəbərlər

0.28689289093018