Araz Abdullayev rəsmən Türkiyə klubunda

06:24 16-09-2020 | icon 2070
Araz Abdullayev rəsmən Türkiyə klubunda

“Qarabağ”dan ayrılandan sonra klubsuz qalan Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin yeni komandası rəsmən müəyyənləşib.

Millimizin üzvü Türkiyənin 1-ci Liqa təmsilçisi “Boluspor”a transfer olunub.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Araz Abdullayev daha öncə Yunanıstanda “Panionios” və “Anortosis” klublarında legioner həyatı yaşayıb.


Digər xəbərlər

0.29237508773804