Azərbaycanda nə qədər aktiv koronavirus xəstəsi var? - Foto

07:54 17-09-2020 | icon 2365
Azərbaycanda nə qədər aktiv koronavirus xəstəsi var? - Foto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 16-na olan statistik göstəriciləri açıqlayıb.

 

Məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7656 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 1 027 685 test aparılıb. Onlardan 38 658-nin cavabı pozitiv çıxıb. İndiyədək 569 nəfər COVID-19-dan dünyasını dəyişib, 36 149 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1940 nəfərdir. 115 nəfər reanimasiyada, 8 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 141 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 151 pasiyent sağalıb.

Azərbaycanda nə qədər aktiv koronavirus xəstəsi var?  - Foto

Digər xəbərlər

0.25131487846375