Hafiz Məmmədov Arda Turanla görüşdü: “O, bizim dəyərlimizdir”
“Bakı”nın prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov “Qalatasaray”ın heyətində Avroliqanın ikinci təsnifat mərhələsində “Neftçi” ilə oyun üçün Bakıya gələn Arda Turanla görüşüb.
Görüş “Qalatasaray”ın paytaxtımızda olduğu müddətdə məskunlaşdığı Alov qüllələri - “Hotel Fairmont Baku”da baş tutub. Xatırladaq ki, Ardanın daha əvvəl çıxış etdiyi “Atletiko” ilə “Bakı” arasında əməkdaşlıq mövcud olub. “Land of fire Azerbaijan” forması ilə meydana çıxan “Atletiko”ın futbolçusu kimi Arda bu əməkdaşlıq çərçivəsində bir neçə dəfə ölkəmizdə olub. Təxminən yarım saat davam edən görüş zamanı Hafiz Məmmədov və Arda Turan ötən günlərini xatırlayıblar, keçmiş xatirələri bölüşüblər. Görüşdən sonra türkiyəli futbolçu olaraq bunları deyib:
“Hafiz bəyi uzun illərdi tanıyıram. O, bizim dəyərlimizdir. “Bakı” ilə “Atletiko” arasındakı əməkdaşlıq zamanı dostluğumuz yarandı. Hafiz başqandan hər zaman xüsusi qayğı, diqqət görmüşəm. Bilirəm ki, Hafiz Məmmədov təkcə Azərbaycan futbolu üçün deyil, ölkə adına böyük işlər görüb. Elə təkcə “Land fire of Azerbaijan” brendini xatırlamaq kifayətdir. Onu görmək mənim üçün çox xoş oldu. Deyiləndə ki, Hafiz bəy otelə gəlib çox sevindim. Son illər Bakıya gələ bilməsəm də, daim həm Hafiz bəylə, həm övladları ilə telefon vasitəsi ilə əlaqə saxlayırıq”.
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...