Birinci divizionun başlanma tarixi açıqlandı
Azərbaycan çempionatının I Divizionunda 2020/21 mövsümünün komanda sayı və yarışın başlama vaxtı dəqiqləşib. Peşəkar Futbol Liqası yarışda 10 komandanın mübarizə aparacağını açıqlayıb.
I Divizionda mübarizəyə oktyabrın 1-də start veriləcək. 3 dövrə keçiriləcək turnirdə 5 klub və 5 əvəzedici komanda qüvvəsini sınayacaq.
Bunlar “Turan Tovuz”, “Zaqatala”, “Sabah-2”, “Neftçi-2”, “Kəpəz”, “Keşlə-2”, “Sumqayıt-2”, “Qarabağ-2”, MOİK və “Qaradağ Lökbatan”dır.
Yarışın püşkatma mərasimi oktyabrın 24-də keçiriləcək. Saat 15:00-da başlayacaq tədbir AFFA-nın inzibati binasında təşkil olunacaq və Peşəkar Futbol Liqasının rəsmi Yutub kanalı ilə canlı yayımlanacaq. Azərbaycanda davam edən karantin rejimi ilə əlaqədar olaraq klub və KİV nümayəndələri püşkatmada iştirak etməyəcək.
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...