AFFA-dan 13 yaşlı futbolçunun həlak olması ilə bağlı FIFA və UEFA-ya məktub

17:46 28-09-2020 | icon 3208
AFFA-dan 13 yaşlı futbolçunun həlak olması ilə bağlı FIFA və UEFA-ya məktub

AFFA FİFA və UEFA-ya məktub ünvanlayıb.

Bu barədə assosiasiya rəsmi saytı vasitəsilə məlumat yayıb. Qeyd olunub ki, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri – 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov 2017/2018-ci il mövsümündə AFFA-nın təşkilatçılığı keçirilən U-11 Liqasında UGİM (Naftalan) komandasının heyətində çıxış edib.

Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvünün həlak olması ilə əlaqədar AFFA dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir.

 

Şəhriyar Qurbanovun Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olması ilə bağlı AFFA tərəfindən FİFA və UEFA-ya müvafiq məktublar ünvanlanıb.


Digər xəbərlər

0.26544404029846