Türkiyəli alpinistlər Azərbaycana belə dəstək oldular - Fotolar

08:37 05-10-2020 | icon 2149
Türkiyəli alpinistlər Azərbaycana belə dəstək oldular - Fotolar

İki türkiyəli alpinist Ərzurum şəhərindəki məşhur Tortum şəlaləsinin yamacından Azərbaycan və Türkiyə bayrağını asıblar.

Türkiyə Alpinizm Federasiyası (TDF) şəhərdən 87 km məsafədə yerləşən şəlalədəki aksiyanın Azərbaycan xalqının ölkələrinin bütövlüyü uğrunda mübarizəsinə həsr olunduğunu bildirib.

 

“Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olunmağını diləyirik. Türkiyə vətəndaşları qardaş xalqın yanında olublar və olacaqlar”,- deyə Federasiya nümayəndəsi Erdar Emeç bildirib.

 



Digər xəbərlər

0.22013306617737