Ermənilər Gəncədə dinc sakinləri öldürdü - Fotolar

15:24 11-10-2020 | icon 1676
Ermənilər Gəncədə dinc sakinləri öldürdü - Fotolar

Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinin intensiv atəşə tutmaqda davam edir.

Düşmən ordusu Gəncə şəhərini yenidən raket atəşinə tutub.

Raketlərdən bir neçəsi yaşayış binalarına düşərək dağıdıb. Ölənlərin və yaralananların olduğu bildirilir.

 

Hadisə yerinə FHN, hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub.

FHN-in xilasediciləri tərəfindən dağıntılar altından qalan insanların çıxarılması tədbirləri davam edir. 

Qeyd edək ki, düşmənin zərbələri nəticəsində yaşayış binalarının yaxınlığında olan mağazalara, şəxsi avtomobillərə də ciddi ziyan dəyib.

***

İkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 40 nəfərdən artıq yaralı var. Yaralılar arasında azyaşlılar da var. 

 














Digər xəbərlər

0.24040389060974