“Ermənistanın işğaldan azad olunan əraziləri təkrar zəbt etmək cəhdləri fiaskoya uğrayır” - Könül Nurullayeva
"Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket hücumu işğal və terror siyasətinin davamıdır. Mülki insanların qətlinə görə Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir. Azərbaycan Prezidentinin də söylədiyi kimi, bu, Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik, eyni zamanda erməni faşizminin növbəti təzahürüdür".
Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
O qeyd edib ki, döyüş meydanında uğursuzluğa düçar olan içğalçı vaxtilə imtina etdiyi baza prinsiplərini qəbul etməyə məcbur oldu.
"Çünki cəmi 10 günə darmadağın olan Ermənistan ordusunun və siyasi hakimiyyətinin uzunmüddətli hərbi əməliyyat aparmağa nə resursu, nə də iradəsi yoxdur. Qısa müddətdə işğaldan azad olunan tarixi torpaqlarımızda 30 ildən sonra yenidən Azərbaycan bayrağının dalğalanması Ermənistan hakimiyyətinə ciddi zərbə oldu. Ermənistan ordusu və hakimiyyəti sözün həqiqi mənasında 10 gün ərzində əsl kabus yaşadı. Bu reallığı hətta işğalçı ölkənin rəssmiləri də öz cəmiyyətləri qarşısında üzrxahlıqla dilə gətirməkdən çəkinmədilər", - deyə Nurullayeva vurğulayıb.
Deputat fikirlərini belə davam etdirib:
"Odur ki, düşmən ənənəsinə - terrorçu mahiyyətinə sadiq qalaraq, humanitar atəşkəs dövründə də sivilləri hədəfə alaraq, dinc insanları qətlə yetirməkdə davam edir. Ermənistan 30 ildir, Azərbaycanın ərazilərini işğal altında saxlamaqla yanaşı atəşkəs dövründə müharibə cinayətlərini də davam etdirib. Azyaşlı uşaqları, yaşlı insanları, qadınları qətlə yetirib. Bununla Cenevrə Konvensiyası başda olmaqla bütün beynəlxalq sənədləri kobud şəkildə pozmuş olur. Gəncəyə atılan raket isə Ermənistanın öz ərazisindən - Vardenis rayonundan həyata keçirilib. Bununla aydın görünür ki, işğalçı hələ də 3-cü, 4-cü tərəfləri münaqişəyə cəlb etmək niyyətindən əl çəkməyib. Bu təxribatlar hesabına təcavüzkar ölkə həm də 10 gün ərzində işğaldan azad edilmiş əraziləri yenidən işğal etməyə cəhd göstərir. Təbii ki, bu, mümkün deyil. Azərbaycan işğaldan azad etdiyi ərazilərin yenidən zəbt olmasına əsla imkan verməyəcək. Düşmən bu niyyətini həyata keçirmək üçün sivillərin qətlindən psixoloji təsir vasitəsi kimi istifadə etməyə çalışır. Lakin prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu alçaq əməllər heç bir halda Azərbaycan xalqının iradəsini sındıra bilməz. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!".
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...