Əliyev ermənilərin “fake news”larını darmadağın edir

15:23 12-10-2020 | icon 2789
Əliyev ermənilərin “fake news”larını darmadağın edir

Hərbi müstəvidə sarsıdı zərbələr alan Ermənistan bu dəfə insormasiya savaşından da məğlub çıxdı. 

 

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatları nəticsəində başlayan yeni eskalasiya ilk gündən rəsmi İrəvanın “fake news”ları ilə müşahidə olunurdu.

Rəsmi İrəvan “informasiya savaş”ını iki istiqamət üzrə aparırdı: Birinci istiqamət, Azərbaycanın aqressor olduğunu beynəlxalq ictimai rəyə yeritmək, ikincisi istiqamət isə Azərbaycan cəmiyyətində ruh düşkünlüyü yaratmaqdan ibarət idi.

Birinci istiqamət üzrə tirajlanan “fake news”lara müharibəni Azərbaycan tərəfinin başlaması, Azərbaycan Silahlı Qüvvələri tərəfindən mülki əhalinin hədəfə alınması, bölgədə Türkiyə hərbçilərinin və muzdluların döyüşməsi və s. bu kimi “xəbərlər” daxil idi.

İkinci iqtiqamət üzrə isə Ermənistan silahlı qüvvələrinin “uğrurları” , Azərbaycan Ordusunun guya cəbhə boyu məğlubiyyətə  uğradılması, çox sayda əsgərlərinin əsir götürülməsi kimi “xəbərlər”  yayılırdı.

Ermənistanın səylərinə baxmayaraq məqsədinə nail ola bilmədi. İnternet əsrində saxta xəbərin ifşa olunması an məsələsidir. Rəsmi Bakı bunun öhdəsindən uğrula gəldi.

Eyni zamanda ortaya qoyuldu ki, əslində Ermənistanın yaydığı saxta xəbərlərdəki iddialar daha çox İrəvanın siyasətinə uyğun gəlir. Məsələn, sübut olundu ki, Ermənistan Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlara qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində Livandan və digər Yaxın Şərq ölkələrindən muzdlu döyüşçülər, terrorçu qruplar yerləşdirib. Hətta terror təşkilatı kimi tanınan PKK döyüşçülərinin də ermənilər tərəfdən müharibəyə cəlb olunmasına dair faktlar ortaya qoyuldu.

Bundan başqa, isbat olundu ki, mülki əhalini Azərbaycan deyil Ermənistan hədəfə alıb. Ağdam, Tərtər, Mingəçevir, Gəncə, Xızı və Abşerona zərbələr endirilməsi buna misal ola bilər. Ermənistan hətta humanitar atəşkəs dövründə belə mülki əhalini hədəfə almaqdan çəkinməyib. Oktyabrın 9-da humanitar atəşkəslə bağlı razılığın əldə olunduğu "Moskva görüşündən" 3 gün sonra, oktyabrın 12-si gecə saatlarında Gəncədəki yaşayış binasına raket zərbəsi endirilib. Nəticədə 9 nəfər mülki şəxs həlak olub, 31 nəfər isə yaralanıb.

Ermənistanın tirajladığı “fake news”ların ifşa olunmasında Azərbaycanın siyasi rəhbərliyinin rolunu xüsusi vurğulamaq lazımdır. Ölkə başçısı İlham Əliyev eskalasiya başlayan gündən dünyanın nüfuzlu media quruluşlarına müshibə və açıqlamalarında diqqəti xüsusi olaraq ermənilərin yaydığı yalanlara çəkib.

Prezident “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin nüfuzlu “TRT Haber”, Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziyasına müsahibələrində Azərbaycana qarşı “feyk-nyuslar”ı ifşa edib, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbə vurub.


Digər xəbərlər

0.28595519065857