“Qarabağ”ın daha bir rəqibi Avroliqa oyunlarında azarkeş istəyir

10:33 16-10-2020 | icon 2717
“Qarabağ”ın daha bir rəqibi Avroliqa oyunlarında azarkeş istəyir

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən İspaniya “Vilyarreal”ı qrup mərhələsindəki matçlarda azarkeşlərin iştirakı etməsini istəyir.

Klub rəhbərliyi məsləhətləşmələr apardıqdan sonra yerli hökumətə müraciət ünvanlayıb.

UEFA-nın qərarına əsasən, avrokubok matçlarında stadionun tutumunun 30 faizinə qədər azarkeş buraxıla bilər. Lakin bunun üçün yerli orqanların icazəsi olmalıdır.

 

Qeyd edək ki, "Qarabağ" "Vilyarreal"la oktyabrın 29-da evdə, dekabrın 11-də isə İspaniyada üz-üzə gəlməlidir. Ağdam təmsilçisi ilk turda İsrail "Makkabi"sinin (Tel-Əviv) qonağı olacaq. İspaniya klubu isə Türkiyə "Sivasspor"unu qəbul edəcək.

Xatırladaq ki, “Vilyarreal”dan öncə "Sivasspor" da ev oyunlarında azarkeşlərin iştirakı üçün UEFA-ya və Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.


Digər xəbərlər

0.30510401725769