Dörd ölkənin kinematoqrafları Prezidentlə xanımına müraciət etdi
Türkiyə, Böyük Britaniya, İtaliya və Portuqaliyadan olan kinematoqrafları Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya müraciət ediblər.
Müraciətdə bildirilir:
"Biz, Böyük Britaniya, İtaliya, Portuqaliya və Türkiyədən olan kinematoqraflar 2011-2012-ci illərdə “Bakı, səni sevirəm” adlı beynəlxalq layihə işləyib hazırlamışıq. Çəkilişlər Azərbaycanın paytaxtı Bakıda həyata keçirilib. Bakının gözəlliyinə və azərbaycanlıların qonaqpərvərliyinə heyran olduq!
Son günlər Azərbaycandan gələn xəbərlər bizi narahat edir. Gəncə şəhərinə raket hücumu nəticəsində günahsız insanların həyatını itirməsi bizi çox üzdü. Qurbanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığımızı bildiririk.
Baş verənlər bizi hiddətləndirib! Müasir dünyamızda belə hallar olmamalıdır!
Sizə və gözəl xalqınıza mənəvi dəstəyimizi ifadə etmək istərdik. Səmimi-qəlbdən arzu edirik ki, müharibə tezliklə başa çatsın. Qoy, Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan xalqının rifahı əbədi olsun!
Biz Sizinləyik!
Hörmətlə,
Türkiyədən aktrisa Eyşan Özhim
Portuqaliyadan rejissor Andre Badalo
İtaliyadan aktyor Alesandro Bertoluçi
İngiltərədən rejissor Aleksandr Fodor
Türkiyədən prodüser Nadir Maçanov"
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib
...
-
Dövlət Turizm Agentliyi: Tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir
...
-
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib - Fotolar
...
-
Yalçın Adıgözəlov Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri təyin olunub
...
-
Biz də sizinləyik! - FOTOLAR
...
-
Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib - Fotolar
...
-
Məşhur serialda ləvəngidən danışıldı - Video
...
-
Akademik Musiqili Teatrın kollektivi Ulu Öndərin məzarını ziyarət edib
...
-
Məşhurlar Yeni il çıxışları üçün nə qədər qonorar alacaq? - Siyahı
...
-
Eminin anşlaqla keçən Bakı konsertindən - Fotolar
...