Orxan Səfərov bürünc medal qazanıb əsgər salamı verdi

21:37 23-10-2020 | icon 2675
Orxan Səfərov bürünc medal qazanıb əsgər salamı verdi

Azərbaycanın cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxıb.

66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Özbəkistan təmsilçisi Sardor Nurillayevlə üz-üzə gəlib.

Qarşılaşmadan qalib ayrılan Səfərov bürünc medal qazanıb. Cüdoçu qələbənin ardından əsgər salamı verib.

Qeyd edək ki, Böyük Dəbilqəyə oktyabrın 25-də yekun vurulacaq. Azərbaycan yarışda 17 cüdoçu ilə təmsil olunur.


Digər xəbərlər

0.28500604629517