Günün ulduz falı: 28 oktyabr, 2020 - səbrli olun, təmkinli davranın
Qoç - istənilən yeni layihə və iş üçün yaxşı, əlverişli zamandır. Öz qüvvənizə güvənin. Uğur əldə edə bilərsiniz. Nüfuzunuz artacaq. Daha təcrübəli insanlar məsləhətlərinizə qulaq asacaqlar.
Buğa - əsəblərinizi tarıma çəkən insanlardan uzaq durun. Heç bir səbəb olmadan sizi tənqid edən, sürəkli şəkildə iradlarını bildirən insanlar əhvalınızı korlayacaqlar. Belələri ilə ünsiyyət neqativ emosiyalar yaradacaq.
Əkizlər - adi günlərdən fərqli olaraq, daha çox yorulacaqsınız. Maraqlı işlə məşğul olmaq, faydalı məlumatlar əldə etmək olar. Axşam saatları yaxın dostlarla gəzinti və istirahət üçün faydalıdır.
Xərçəng - mühüm işləri ertələmək, ya da etibar etdiyiniz insana həvalə etmək olar. İnsanların gur olduğu yerə yollanmayın.
Şir - mənasız insanla görüşdən imtina edin, söhbəti yarımçıq kəsin. İşdə daha çox çalışmalı olacaqsınız. Adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur.
Qız - rəğbət bəsləmədiyiniz insanların yanında çox vaxt keçirməyin. Belələri ilə ünsiyyətdən yayının. Həmin insanlarla təmaslardan tam kənarlaşmaq mümkün olmasa da, əlaqələrin intensivliyini minimuma endirin.
Tərəzi - maliyyə və pul məsələlərində tələsik qərarlar verməyin. Bədxərclik etməyin. Dəvət aldığınız yerə yollanın. Ən adi, rutin işlərə yaradıcı yanaşsanız, axşam saatları maraqlı keçəcək.
Oxatan - rəqibləri üstələməyə çalışın. Özünüzə yeni düşmənlər qazanmayın. Yeni tanışlıqlar üçün pis zaman deyil. Fəqət yeni münasibətilərdə romantika aramayın. Sevdiyiniz insanla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.
Oğlaq - səbrli olun, təmkinli davranın. Çoxdan gözlədiyiniz hadisələrin baş vermə ehtimalı azdır. Asan, sürətli qələbələrə bel bağlamayın. İnsanlarla dil tapın. Onların problemləri ilə maraqlanın.
Dolça - yeni işə başlamaq, tərəfdaşlarla ortaq layihəni müzakirə etmək üçün əlverişlidir. Qəfil görüş, xoş sürprizlər istisna deyil. Romantik təmaslar qeyri-adi olacaq. İmiclə eksperimentlər uğurludur. Alış-verişdə paltar, aksessuar, kosmetika da almaq olar.
Balıqlar - yalnız gücünüz çatacaq, imkanlarınızın çərçivəsini keçməyən işlərə başlayın. Belə olarsa, problemlərin öhdəsindən tezliklə gələ bilərsiniz. Problemlərlə qarşılaşanda tanışlar və ya tərəfdaşlara müraciət etmək olar. Birgə fəaliyyət taktikası yetərincə effektivdir.(milli.az)
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...