Günün ulduz falı: 31 oktyabr, 2020 - nikbin olun, qüvvənizə güvənin
Qoç -asan gün deyil. İstənilən məqsədə çatmaq üçün adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Bütün sədləri dəf etmək üçün enerjiniz yetərincədir.
Buğa - gəlirlər istisna deyil. Son vaxtlar sizi narahat edən maliyyə problemlərini çözə bilərsiniz. Alış-verişdə çox pul xərcləməyin. Zərurət duyulmayan əşyalar almayın.
Əkizlər - sizdən peşəkar fəaliyyət müstəvisində qəhrəmanlıqlar və fövqəladə məhsuldarlıq tələb etmir. Gündəlik öhdəliklərin yerinə yetirilməsinə dəqiq və səliqəli olun.
Xərçəng - kölgəyə çəkilin. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla kəskin mübahisələr etməyin. Önəmli məsələlərin müzakirəsini təxirə salın. Rutin, adi işlərlə məşğul olun.
Şir - tərəfdaş və ya həmkarlardan biri yalançı çıxacaq, vədinə əməl etməyəcək. Yaşam potensialının səviyyəsi yüksək olacaq. Enerji qıtlığı hiss olunmayacaq. Diqqətli olun. Qapını açmaq əvəzinə divarı sındırmağa çalışmayın.
Qız - yeniliklərlə ehtyiatlı olun.Yeni iş və ya layihə üçün əlverişli zaman deyil. Sizə yardım və dəstək vəd edən insanlar sözlərinin üstündə durmayacaqlar. Ən mürəkkəb anda, əlverişsiz şəraitdə reallaşdırılmış ideyalarla baş-başa qala bilərsiniz.
Tərəzi - iş yerini dəyişmək olar. Bir zamanlar məhsuldar şəkildə, razılıqla çalışdığınız yerə qayıda bilərsiniz. Axşam saatlarında yeni tanışlıqlar istisna deyil. Ciddi münasibətlər başlana bilər. İmiclə eksperimentlər, qarderobun yenilənməsi üçün yaxşı zamandır.
Oxatan - intellektual fəaliyyət, mürəkkəb məsələlərin həlli üçün münasibdir. Nüfuzlu insanla görüş pis keçməyəcək. Maraqlı təklif ala bilərsiniz.
Oğlaq - nikbin olun, qüvvənizə güvənin. Əhəmiyyətli irəliləyişə nail olmaq, bədxahları üstələmək, yaxşı gəlir əldə etmək mümkündür. Əsas məsələ yaxın ətrafınızdakı insanlara tələbkar olmaqla yanaşı özünüzün də aktiv çalışmağınızdır.
Dolça - tanışlardan biri ilə dil tapmaq çətinləşəcək. Sizə müraciət edərək yardım istəyənlər olacaq. Axşam saatlarını sakit istirahətə, xoş məşğuliyyətə həsr edin.
Balıqlar - sonsuz söhbətlər, müzakirələrdən qaçın. Belə təmaslar mənasızdır və heç bir xeyir verməyəcək. Tanışların şirin vədlərinə inanmayın. Kiçik maliyyə itkiləri ola bilər. Gəlir verəcəyinizi düşündüyünüz anlaşma və ya sövdələşmə yarımçıq qalacaq.(milli.az)
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...