ADBTİA ordumuza dəstəyini nümayiş etdirdi

08:08 01-11-2020 | icon 3075
ADBTİA ordumuza dəstəyini nümayiş etdirdi

Hər zaman Azərbaycan Ordusuna dəstək olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası növbəti addımında da ordumuza dəstəyini nümayiş etdirib.

Belə ki, Akademiya nümayəndələri cəbhə bölgəsindəki N saylı hərbi hissəyə yola düşərək əsgərlərimizlə görüşüb. Vəziyyətlə yerində tanış olan əməkdaşlar Akademiya tərəfindən göndərilən hədiyyə və “Əsgərə salam” məktublarını döyüşçülərimizə çatdırıblar.

Akademiya əməkdaşları və tələbələrinin ürək sözlərini qeyd etdiyi məktublar əsgərlərimizi həm duyğulandırıb, həm də sevindirib.

Nümayəndə heyəti isə  onların əhval ruhiyyəsindən daha da ruhlanmış şəkildə geri dönüblər.


Növbəti qələbə xəbərlərini gözləyirik, ƏZİZ ƏSGƏR!


Digər xəbərlər

0.27883911132812