Xankəndidən xəbər var: Əhali şəhərdən qaçıb
Xankəndidə şəhər əhalisinin 30 faizi qalıb.
Bunu “Qraparak” qəzetinə açıqlamasında Xankəndinin “meri” David Sərkisyan deyib.
O, Xankəndi səmasında zərbə PUA-larının görünmədiyini də bildirib.
Əslində isə Xankəndidə ümumiyyətlə yalnız hərbçilərin qaldığı qeyd edilir.
Hələ bir həftə öncə Xankəndidən hazırlanan reportajda şəhərdəki binalardakı mənzillərin hansındasa nadir hallarda işıq yandığına diqqət çəkilmişdi.
Qeyd edək ki, bundan öncə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnaçakanyan Qarabağı 90 min erməninin tərk etdiyini açıqlamışdı. Azərbaycan bundan öncə dəfələrlə Qarabağdakı erməni əhalinin özünün vətəndaşları olduğunu və onların təhlükəsizliyinə hər cür şərait yaradacağını açıqlayıb. /Axar.az
-
Müdafiə Nazirliyi açıqlama yaydı
...
-
Mövqelərimiz atəşə tutuldu
...
-
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 2 il ötür
...
-
Ermənistan atəşkəsi yenə pozdu - Üç hərbçimiz yaralandı
...
-
Azərbaycan 6 erməni hərbçinin meyitini təhvil verdi
...
-
Daha 21 şəhidimiz var - Siyahı
...
-
“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Müdafiə Nazirliyi
...
-
Müdafiə Nazirliyi məlumat yaydı
...
-
Paşinyan 49 erməni hərbçinin öldüyünü etiraf etdi
...
-
Mövqelərimiz atəşə tutuldu
...