“O torpaqlara ayaq basmağımızı səbirsizliklə gözləyirəm” - Rəşad Sadıqov

05:59 11-11-2020 | icon 2328
“O torpaqlara ayaq basmağımızı səbirsizliklə gözləyirəm” - Rəşad Sadıqov

“Bütün Azərbaycan xalqını, dövlətimizi, Ordumuzu ürəkdən təbrik edirəm. Yaşadığım hissləri sözlə ifadə edə bilmirəm”.

"Qafqazinfo" xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov klubun mətbuat xidmətinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə bitməsi barədə danışarkən deyib.

 

38 yaşlı mütəxəssis başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Ordumuzu təbrik edib: “Uzun illər idi, işğal altında olan torpaqlarımızın azad olması arzusu ilə yaşayırdıq. Allaha şükür, bu günləri yaşayırıq. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Ordumuzu ürəkdən təbrik edirəm. Bu günləri bizə yaşatdığına görə onlara təşəkkür edirəm. Onlarla fəxr edirik. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Yaralılarımıza Allah şəfa versin. Bir daha bütün Azərbaycan xalqını bu zəfər münasibətilə ürəkdən təbrik edirəm. İşğaldan azad olunmuş torpaqlarımıza ayaq basmağımızı, orada zaman keçirməyimizi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, o, əslən Kəlbəcər rayonundandır.


Digər xəbərlər

0.25041508674622