“Məcburi köçkünlərin geri qayıtması könüllülük əsasında aparılacaq”
“Məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir. Təbii ki, məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsi könüllülük əsasında aparılacaq”.
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
“Biz əminik ki, cənab Prezidentimizin də qeyd etdiyi kimi, məcburi köçkün soydaşlarımız üçün işğaldan azad olunmuş doğma torpaqlarımızda cənnət məkanı yaradılacaq. Ora qayıtmaq isə hər bir keçmiş məcburi köçkün üçün bir fəxarət hissi olacaq”, - o vurğulayıb.
F. Hüseynov qeyd edib ki, Azərbaycanda məcburi köçkün və qaçqınlarla bağlı iki qanun mövcuddur: “Onlardan biri “Məcburi köçkün və qaçqınların statusu haqqında”, digəri isə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” qanunlardır”.
Onun sözlərinə görə, həmin qanunlara uyğun olaraq məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan sonra statuslarını itirirlər: “Müavinətlərin verilməsi məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, hətta öz doğma torpaqlarına qayıtdıqdan sonra 3 il müddətində keçmiş məcburi köçkün soydaşlarımıza sosial yardımın verilməsi və sosial müdafiə tədbirlərinin görülməsi davam etdiriləcək”.
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...