“Qarabağ” “Sumqayıt”a qarşı

10:39 21-11-2020 | icon 1896
“Qarabağ” “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tura start veriləcək.

Ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Bu günə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb.

 

Günün yeganə görüşü həm də turun mərkəzi oyunu olacaq. Son çempion “Qarabağ” öz meydanında lider “Sumqayıt”ı sınağa çəkəcək. Qurban Qurbanovun komandası eyni xala malik olduğu rəqibini keçmək üçün qalib gəlməlidir.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Qəbələ” “Neftçi”ni, “Zirə” “Keşlə”ni sınağa çəkəcək.

Azərbaycan Premyer Liqası
10-cu tur
21 noyabr

16:00. “Qarabağ” – “Sumqayıt”
Baş hakim: İnqilab Məmmədov.
Bakı. “Azersun Arena”.


Digər xəbərlər

0.38299298286438