Cüdo üzrə Azərbaycan millisi Avropada 4-cü oldu
Praqada start götürən Avropa çempionatını Azərbaycan cüdoçuları 5 medalla başa vurublar.
Çempionatın son günündə yarışa qatılan İrina Kindzerska (78 kiloqramdan yuxarı) finala qədər uğurla irəliləsə də, həlledici mərhələdə fransalı rəqibi Romane Diskonun öhdəsindən gələ bilməyib. Cüdoçumuz qitə çempionatının gümüş medalı ilə kifayətlənib.
Digər təmsilçilərimiz Məmmədəli Mehdiyev (90 kq) Türkiyə təmsilçisi Mikayıl Özerlerini, Zelim Kotsoyev (100 kq) bolqarıstanlı Boris Georgiyevi bürünc medal uğrunda döyüşdə məğlub edərək üçüncü yeri tutublar.
Bununla da, medalların sayı 5-ə çatıb. Azərbaycan yığması yarışı 4-cü pillədə başa vurub. Cüdoçularımız yalınız Fransa, Rusiya və Gürcüstandan geri qalıb.
Qeyd edək ki, qitə çempionatında bundan əvvəl millimizin üzvləri Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov bürünc medal qazanıblar.
Avropa çempionatında 40 ölkədən 355 cüdoçu iştirak edib.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...