Neft bahalaşır

01:15 24-11-2020 | icon 2483
Neft bahalaşır

Dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşmağa davam edir.

Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 2,14% bahalaşaraq bir barrelə görə 45,92 dollar olub.

 

WTI markalı neftin fyuçerslərinin qiyməti isə 1,86% artaraq bir barrelə görə 43,21 dollara yüksəlib.

Qeyd edək ki, bir sıra mütəxəssislər neft qiymətlərinin 2021-ci ildə əvvəlki səviyyəsinə geri dönəcəyinə dair nikbin proqnozlar veriblər. Mütəxəssislərin fikrincə koronavirus peyvəndi ilə bağlı müsbət inkişaf və OPEC-in istehsal məhdudiyyətini uzatmağa çalışması ilə neft qiymətlərinin 2021-ci ildə yenidən yüksələcəyi gözlənilir. 


Digər xəbərlər

0.25163102149963