"Qarabağ" "Sivasspor"la matça ciddi itkilərlə çıxacaq
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"la qarşılaşacaq "Qarabağ" komandası matça itkilərlə çıxacaq.
Azərbaycan təmsilçisinin heyətində Filip Ozobiç cəza üzündən qarşıdakı oyunu buraxacaq. Azərbaycan yığmasının heyətində koronavirus testləri müsbət olan kapitan Maksim Medvedev və müdafiəçi Rahil Məmmədov da İstanbula aparılmayıb.
Zədəli olan digər 3 futbolçunun durumuna isə oyun ərəfəsində aydınlıq gələcək. Bunlar Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovdur. Onlar bu gün Türkiyəyə yollanan heyətdə yer alıb. Lakin yalnız Bədavi Hüseynovun vəziyyəti komanda yoldaşlarına nisbətən yaxşıdır.
Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...